Finlandiya Rusiya ilə sərhəddə təlim keçir | FOTOLAR

   Finlandiya Rusiya ilə sərhəddə təlim keçir |    FOTOLAR
  27 Noyabr 2025    Oxunub:711
Finlandiyanın Rusiya ilə sərhədyanı Şərqi Uusimaa, Kyumenlaakso və Pyayat-Hyame vilayətlərinin ərazisində 6500 hərbçi və 900-dən artıq texnikanın iştirakı ilə "Lively Sentry 25" adıı hərbi təlimlər başlayıb.
Bu barədə Finlandiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hərbi təlim bu gündən etibarən dekabrın 4-dək keçiriləcək. Təlimlərə həmçinin 4000 çağırışçı da qoşulacaq.

Finlandiya Ordusunun döyüş hazırlığını artırmaq məqsədi daşıyan təlimlərdə hərbçilər müxtəlif növ hücumlara qarşı müdafiə qabiliyyətini gücləndirmək istiqamətində tapşırıqları yerinə yetirəcəklər.

Eyni zamanda, noyabrın 24-də Baltik dənizində Finlandiya Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə NATO alyansının "Freezing Winds 25" təlimləri də başlayıb. Bu təlimlər də dekabrın 4-də yekunlaşacaq.


Firudin Həmidli
AzVision.az


Teqlər: Finlandiya   təlim   Rusiya   sərhəd  



Xəbər lenti